İSTİ-İSTİ

Mehriban Əliyeva dünya azərbaycanlılarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “İnstagram” səhifəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edilib.

Muxbir.az xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlər!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir, hər birinizə xoş arzularımı çatdırıram. Yola saldığımız il yaddaşımıza Şanlı Zəfər ili kimi əbədi həkk olunacaq. Bu Zəfərin qazanılmasında xalqımızın sarsılmaz birliyi, həmrəyliyi, qətiyyəti və iradəsi müstəsna rol oynayıb. Qoy bütün məsələlərin öhdəsindən uğurla gəlməyimizə imkan yaradan birliyimiz günü-gündən möhkəmlənsin! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik, Vətənimizə – sülh, əmin-amanlıq və tərəqqi diləyirəm!”.

Haqqında muxbir.az

Bunlara da bax

İlham Əliyev: “Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür”

“Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Bunu törədən …