İSTİ-İSTİ

Maradonanın muzeyi açılacaq

Ötən il noyabrda dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın İtaliyanın Neapol şəhərində muzeyi açılacaq.

Muxbir.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

İtaliya hökuməti mərhum futbolçunun həyat və karyerasına həsr olunmuş böyük muzey tikməyi planlaşdırır. Həmçinin şəhər küçələri futbolçunun heykəlləri ilə də bəzədiləcək.

Qeyd edək ki, 1984-1991-ci illərdə İtaliyanın “Napoli” klubunda oynayan Maradona noyabrın 25-də 60 yaşında ürək tutmasından dünyasını dəyişib.(axsam.az)

Haqqında muxbir.az

Bunlara da bax

“Rəşad Sadıqov məşqçi olandan sonra çempionatda aqressiya artıb”

“Rəşad Sadıqovu təbrik edirəm. Maraqlı komandası var. Hər rəqibə qarşı fərqli oyun qurur. Onun idman …