İSTİ-İSTİ

Mahmud Vaezi: “Bakı-İrəvan əlaqələrinin həllinə kömək etməyə hazırıq”

“İran Bakı-İrəvan əlaqələrini normallaşdırma üçün kömək etməyə hazırdır”.

Muxbir.az xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev ilə görüşdə İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi bildirib.

O, rəsmi Tehranın Dağlıq Qarabağda müharibənin bitməsindən məmnun olduğunu vurğulayıb: “İran həmişə ölkələr, xüsusən,qonşular arasındakı mübahisələrin danışıqlar yolu ilə həll edilməli olduğuna inanır və müharibə heç bir şəkildə siyasi həll yollarının əvəzi ola bilməz”.

Vaezi İran-Rusiya-Azərbaycan üçtərəfli zirvəsi və ya İran-Azərbaycan-Rusiya-Türkiyə-Ermənistan dördtərəfli sammiti kimi görüşlərin keçirilməsinin qonşu ölkələri bir-birinə yaxınlaşdıracağını, konstruktiv və faydalı regional iqtisadi əməkdaşlığı inkişaf etdirəcəyini söyləyib. “Azərbaycan Prezidentinin vurğuladığı kimi, İran da Azərbaycanla sərhədini sülh və dostluq sərhədi hesab edir, hər zaman bütün ölkələrin ərazi bütövlüyünə hörmət edir və digər ölkələri bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyə çağırır”.

Prezident Aparatının rəhbəri əlavə edib: “İran qonşularla münasibətlərə xarici güclərin müdaxilə etməməli olduğuna inanır və xarici müdaxilənin qonşular arasındakı fikir ayrılıqlarını və qarşıdurmaları gücləndirdiyini, sülh və bölgədəki sabitliyi təhlükə altına qoyduğunu bildirib”.

Mahmud Vaezi vurğulayıb: “Anlaşılmazlığa səbəb olan və başqaları ilə münasibətlərin gərginləşməsinə zəmin yaradan hər hansı bir hərəkət və ya addımdan qaçınmaq lazımdır”.(strateq.az)

Haqqında muxbir.az

Bunlara da bax

Korotçenko: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub və olacaq”

“Görüş Qarabağ nizamlanması məsələsindəki bütün nüansları nəzərə ala bilməyən üçtərəfli bəyanatın praktiki reallaşdırılması üçün lazımdır”. …