İSTİ-İSTİ

Korotçenko: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub və olacaq”

“Görüş Qarabağ nizamlanması məsələsindəki bütün nüansları nəzərə ala bilməyən üçtərəfli bəyanatın praktiki reallaşdırılması üçün lazımdır”.

Muxbir.az xəbər verir ki, bunu “Report”un Rusiya bürosuna rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskvada baş tutan üçtərəfli danışıqlarını şərh edərkən deyib.

“Birinci məsələ Dağlıq Qarabağ ərazisində tam demilitarizasiyadır, istisnasız olaraq bütün erməni hərbi birləşmələrinin çıxarılmasıdır. Azərbaycan ərazisində silahlı erməni olmamalıdır. İkinci məsələ sərhədlərin müəyyənləşdirilməsi və onların demarkasiyasıdır. Sərhəd xətti açıq şəkildə qeyd edilməlidir. Üçüncü məsələ Ermənistandan keçməklə Naxçıvana açılacaq nəqliyyat dəhlizidir. Həmçinin qaçqınların geri qaytarılması məsələlərinə də toxunmaq lazımdır”, – İ.Korotçenko bildirib.

Ekspert hesab edir ki, Ermənistan cəmiyyəti hazırda qisas istəmir, çünki Paşinyanı devirmək cəhdləri nəticəsiz qalıb: “Heç bir qisas hissi yoxdur və olmayacaq da. Dağlıq Qarabağ Azərbaycanın olub, Azərbaycanındır və həmişə də Azərbaycanın olacaq. Bundan irəli gələrək Ermənistan öz siyasi sistemini qurmalıdır. “Böyük Ermənistan” xülyası heç vaxt gerçəkləşməyəcək. İndi Ermənistan gücünü bərpa etməli, iqtisadi proseslərə qoşulmalı, Türkiyə və Azərbaycanla əlaqələr qurmalıdır. Ermənistanın buna ehtiyacı var”.

Haqqında muxbir.az

Bunlara da bax

Türkiyə, Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçiriləcək

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kiprdən olan həmkarı ilə birgə mətbuat …