İSTİ-İSTİ

Koronavirusu ən təhlükəli şəkildə yayanlar açıqlandı

Rusiyanın biotəhlükəsizlik üzrə eksperti, tibb elmləri doktoru Nikolay Durmanov “Sputnik” radiosuna müsahibəsində bildirib ki, virusun orqanizmində fəal şəkildə artdığı, amma bunun açıq şəkildə simptomlarının olmadığı pasiyentlər koronavirusu ən çox yayanlardır.

Muxbir.az xəbər verir ki, ekspert virusun bu səbəbdən sürətlə yayıldığını qeyd edib.

Həkim qeyd edib ki, hər hansı insanın virusun ən çox yaymasını yalnız o, koronavirus testi verdikdə müəyyənləşdirmək mümkündür. Ancaq sonra onun təmasda olduğu bütün sağlam insanları yoxlamaq lazımdır, halbuki bu mümkün deyil.

Mütəxəssisin sözlərinə görə, bu baxımdan özünü qorumağın yeganə üsulu bütün insanlarla təmasda olarkən qaydalara riayət etməkdən, qoruyucu maskalar və əlcəklərdən hər yerdə istifadə etməkdən ibarətdir.

Durmanov izah edib ki, bir qism pasiyentlərdə xəstəliyin xarici təzahürləri olmaya bilər. Mütəxəssisin sözlərinə görə, insan özü sağlam ola bilər, amma eyni zamanda onun ətraf mühitə böyük miqdarda virus yayması mümkündür.

Haqqında muxbir.az

Bunlara da bax

Paris birjasına tarixdə ilk dəfə qadın rəhbərlik edəcək

Delfin d`Amarzi 18-ci əsrin əvvəllərindən bəri mövcud olan Paris birjasının rəhbəri vəzifəsini tutan ilk qadın …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir