
Koronavirusa yoluxanlar üçün ən təhlükəli dövr xəstəliyin doqquzuncu – onuncu günləridir. Bu vaxt yoluxmuş insanda nəfəs darlığı və ağciyərlərdə geniş iltihab prosesinin başlaması ilə xarakterizə olunan kəskin respirator distres-sindromu inkişaf edir.
Muxbir.Az bildirir ki, bu barədə ukraynalı həkim Andrey Penkov deyib.
Ekspertin sözlərinə görə, bədəndə bu cür proseslər, immunitetin hiperreaksiyası ilə əlaqələndirilir.
“Xəstəxanaya yerləşdirilmə ən çox bu vaxt lazımdır”, – deyə həkim əlavə edib.