İSTİ-İSTİ

Kamfora spirtinin 5 faydası – Oynaqlar, ürək, şişlər

Kamfora barədə illərdir təzadlı fikirlər deyilir. Kimi onun artıq bir işə yaramadığını bildirir, həkimlər çoxdandır təyin etmir.
Kimi də ana-nənələrindən görüb götürdükləri metodla gedir, evdə həmişə kamfora olur. Bu kəskin qoxulu maddə sovet illərində çox məşhur idi və əlbəttə ki, insan sağlamlığı üçün faydalı bir məhsul olaraq icad edilib. Elə ində də istehsal olunur.

Muxbir.az kamforanın təsirini və faydalarını təqdim edir.
Əsas təsir istiqamətləri:
– Ağrıkəsici
– Mikrob əleyhinə
– İltihab əleyhinə
– Soquydəymə əleyhinə


1. Qrip zamanı – bu spirtdə tənzifi isladıb, boğaz, sinəyə kompress qoyub, üzərindən klyonka ilə sarımaq. Yarım saat saxlamaq.
2. Oynaq ağrılarında – Menovazinlə qarışdırıb oynaqlara çəkib, isti şarfla sarımaq
3. Kosmetoloji olaraq – sızanaqlara pambığın ucunda kamfora çəkib qurutmaq olar.

Fakt:
Kamforanı daxilə qəbul etmək olmaz, amma bir neçə fakt var ki, bir stəkan suya 3-4 damcı qatmaqla müəyyən xəstəliklərdə qəbul ediblər.
Məsələn, rusiyalı hərbi həkimlərdən biri ayağında şiş olan xəstəsinə bu metodu tövsiyə edib.
75 yaşlı həkim özü də kamforanı səhərlər bir stəkan suya 3damcı olmaqla qarışdırıb içdiyini bildirib.

Həmin pasiyent 2 həftə bu metoduedib və ayağındakı şiş çəkilib, yerində kiçik ləkə əmələ gəlib.
Daha sonra hər gün cəmi 1 dəfə səhərlər bir stəkan suda 3-4 damcı kamfora içməklə, onun ağciyərlərində olan yanma və qıcıqlanma hissi də aradan qalxıb. Amma kamforanın daxilə qəbulu hər insana olmaz.

Haqqında muxbir.az

Bunlara da bax

“Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur” – Akif Qurbanov

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı …