İSTİ-İSTİ

İlham Əliyev: “ÜST Azərbaycanı nümunəvi ölkə adlandırıb”

“Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik”.

Muxbir.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında deyib.

Dövlət başçısı bildirib ki, pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır:

“Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırmışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir.

Cənab Sədr, Azərbaycan pandemiya dövründə qlobal atəşkəslə bağlı BMT Baş katibinin təşəbbüsünü dəstəkləmişdir. Lakin həmin çağırış 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bütün ərazilərimizdən qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan Ermənistan tərəfindən eşidilməmişdir”.

Haqqında muxbir.az

Bunlara da bax

Korotçenko: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub və olacaq”

“Görüş Qarabağ nizamlanması məsələsindəki bütün nüansları nəzərə ala bilməyən üçtərəfli bəyanatın praktiki reallaşdırılması üçün lazımdır”. …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir