İSTİ-İSTİ

İlham Əliyev: “Ermənistan silahlı qüvvələrinin 80 %-i məhv edilib”

“Müharibənin nəticələri məlumdur: Azərbaycan beynəlxalq səviyyədə qəbul edilmiş ərazilərimizin əhəmiyyətli hissəsini işğal altında saxlayan işğalçı ölkə üzərində qələbə çalıb”.

Muxbir.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında deyib.

“Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80 %-i məhv edilib. Azərbaycan üçün bu, Vətən, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, qəsbkarlıq müharibəsidir”, – dövlət başçısı bildirib.

Haqqında muxbir.az

Bunlara da bax

Film Akademiyası Aktyorun etik davranış kodeksini yayımladı

Azərbaycan Film Akademiyası, Aktyorların etik davranış kodeksini yayımladı. Aktyorların Etik Davranış Kodeksi aktyorluq fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Kodeks aktyorlar üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.