İSTİ-İSTİ

Hotellərə xəbərdarlıq: Yeni il şənliyi qadağandır

Son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi hotellərin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü şənlik və konsert proqramları daxil edilən bayram paketləri təklif etdiyi məlum olub.

Muxbir.az xəbər verir ki, Dövlət Turizm Agentliyi Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bildirir ki, hotellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır.

Ölkə vətəndaşlarının Bakıda və ya regionlarda yerləşən hotellərdə keçirilən bayram tədbirlərində iştirakla bağlı hər hansı elan və dəvətlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əməl etmələri zəruridir.

Haqqında muxbir.az

Bunlara da bax

TƏBİB: “Avromed” yanlışlıq edib

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) kronavirus xəstələrinə aid dərman paketlərinin apteklərdə satılması ilə bağlı …