İSTİ-İSTİ

Blog Layout

Bu Baharda yolunuz saraya düşəcək…

“Bahar. Sarayın yolu” adlı uşaq tamaşası 18-19 mart tarixlərində Cinema Plus kinoteatrlar şəbəkəsinin Gənclik Mall filialında saat 15:00 təqdim olunacaq. Azərbaycan Film Akademiyası Məsul Məhdudiyyətli Cəmiyyətinin nəzdində postmodern üslubunda fəaliyyət göstərən Uşaq Aktyorluq kursunun balaca tələbələri Novruz bayramı münasibəti ilə tamaşa göstərəcək. Tamaşa qışın Baharı qısqanaraq qaçırıb öz sarayında həbs …

Ardı »

DİM Elm və Təhsil Nazirliyində işə qəbul üzrə müsahibələri ləğv edib

Dövlət İmtahan Mərkəzi (DİM) Elm və Təhsil Nazirliyində işə qəbul üzrə müsahibələri ləğv edib. Muxbir.az “Report”– a istinadən  xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Mərkəz bu ilin sentyabr ayının 6-da elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqə üzrə müsahibə elanında Elm və Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin …

Ardı »

Azərbaycan Ordusu ilə Oklahoma Ştatının Milli Qvardiyası arasında birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb

Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Oklahoma Ştatının Qubernatoru Kevin Stitt və Milli Qvardiyasının rəisi briqada generalı Tomas Mançino ilə görüşüb. Muxbir.az  AZƏRTAC-a istinadən xəbər verir ki, , general-polkovnik K.Vəliyev, K.Stittin 2021-ci ildə ölkəmizdə olarkən işğaldan azad olunmuş …

Ardı »

“CinemaPlus”da “Bakının açarı” filmi nümayiş olunur

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Bakının açarı” filmi nümayiş olunur. Muxbir.az  xəbər verir ki, macəra və detektiv janrında çəkilən filmin rejissoru Zaur Tahirsoydur. Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da yeraltı şəhərin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O, açarı ələ …

Ardı »

Ərzaq balansının tətbiqi qaydası müəyyənləşir

Dövlət tərəfindən ərzaq bazarı tənzimlənəcək. Muxbir.az APA – ya istinad edərək xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan və parlamentə tövsiyə edilən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin …

Ardı »

Leyla Abdullayeva Fransa XİN-in departament direktoru ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Frederik Mondoloni ilə görüşüb. Muxbir.az xəbər verir ki, bu barədə diplomat “Twitter“də bildirib. “Bu gün Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru cənab Frederik Mondoloni ilə açıq, səmimi və əhatəli dialoqumuz olub. Bu görüş və açıq …

Ardı »

Emin Hüseynov: Məqsədimiz 2026-cı ilin sonuna qədər Ağdam şəhərinə insanlarımızın qayıtmasını təmin etməkdir

“Ağdamda geniş miqyaslı bərpa-quruculuq işləri davam edir”. Muxbir.az  APA-ya istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib. Emin Hüseynov deyib ki, Ağdam şəhərinin Baş Planı bütün işğaldan azad edilmiş rayonların içərisində ən birinci təsdiqlənib, ictimaiyyətə təqdim olunub: “O tarixdən başlayaraq …

Ardı »

Film Akademiyası Aktyorun etik davranış kodeksini yayımladı

Azərbaycan Film Akademiyası, Aktyorların etik davranış kodeksini yayımladı. Aktyorların Etik Davranış Kodeksi aktyorluq fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Kodeks aktyorlar üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.

Ardı »