
Hadrut yaxınlığında 655 erməni hərbçisinin meyiti tapılıb və ailələrinə təhvil verilib.
Muxbir.az xəbər verir ki, bunu keçmiş və qondarma “dqr”in “rəsmisi” Unan Tadevosyan deyib.
Onların sözlərinə görə, dekabrın 1-də işlər birbaşa Hadrut şəhərində davam etdirilib, bu ərazidə daha 19 erməni hərbçinin cəsədi tapılıb:
“Son iki gündə Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə Azərbaycan tərəfi arasında aparılan danışıqlarda müsbət dəyişiklik baş verdi. Azərbaycan tərəfi axtarış işlərinə başlamağımıza razılaşdı”.(axar.az)