İSTİ-İSTİ

“Həyat yoldaşım məni bu vəziyyətdə qəbul etdi” – “Toppuş bacı”

“Həkimin “sağalmısan” sözünü eşidəndə klinikadan çıxa bilmədim. Oturub düşündüm ki, görəsən, bir də bura gələcəm? Uşaqlıq boynunun şişi, 30-a yaxın şüa aldım. Sonra kimyaterapiya başladı. Sonra öyrəndim ki, limfa vəzlərimə sıçrayıb. Sonra gülə-gülə getdim, dedilər, böyrək damarlarıma yayılıb. Yenə dərman içdim ki, bitəcək. Ağ ciyərdə olanda dedim, mən bitdim. Həkimin çiyinlərindən öpürdüm ki, məni sağaldın, evdə körpəm var”.

Muxbir.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva “Elgizlə izlə” verilişində deyib. Xərçəngdən sağalan “Toppuş bacı” ləqəbli aktrisa həkimlərinə və ailəsinə təşəkkür edib:

“Sənət dotlarım mənə maddi dəstək göstərdilər. Məni sevənlər də, sevməyənlər də var. Hətta bir dəfə mənə yazmışdılar ki, bu, hələ ölmədi? Ağır günümdə, məni bu cür qəbul edən həyat yoldaşıma təşəkkür edirəm. Bilmirəm, bundan sonra necə olacam. Amma indi sağalmışam”.(axsam.az)

Haqqında muxbir.az

Bunlara da bax

QHT və Azərbaycan Film Akademiyası birgə eşitmə məhdudiyyətli şəxslərlə film çəklişlərinə hazırlaşır

Azərbaycan Film Akademiyasının təşkil etdiyi kastinqdə “Səssiz Dünya” İctimai Birliyinin bir neçə üzvləri öz aktyorluq …