İSTİ-İSTİ

Gecə klubundakı partlayışda yaralanan daha bir nəfər öldü – FOTO

Bakıda “Location” gecə klubunda yaralananlardan daha biri vəfat edib.

Milli.Az-a TƏBİB-dən bildirilib ki, 2001-ci il təvəllüdlü Ayxan Fətullazadə günorta saatlarında müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi.

Xəbəri Baş Prokurorluq təsdiqləyib. Prokurorluqdan qeyd edilib ki, bu hadisə ilə bağlı istintaq işi davam edir.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Aprelin 6-da isə 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızı vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Haqqında muxbir

Bunlara da bax

Əli Əsədov Ermənistanın Baş nazirinin müavininin əsassız ittihamlarına cavab verdi

MDB Hökumət Başçıları Şurasının Astanada keçirilən iclasında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan çıxışında Azərbaycanın ünvanına bir sıra əsassız ittihamlar səsləndirib.