İSTİ-İSTİ

Gəncə terrorunda çəkilən şəkil “İlin fotosu” seçildi

TRT-nin baş direktoru İbrahim Eren Anadolu Agentliyi (AA) tərəfindən təşkil edilən “İlin fotosu” səsverməsinə qatılıb.

Muxbir.az xəbər verir ki, o, jurnalistlər və fotomüxbirlər tərəfindən ölkə daxilində və xaricdə çəkilən şəkilləri incələyib. Xəbər kateqoriyasında Onur Çoban tərəfindən çəkilən “Gəncədə bacısı qızına vida” başlıqlı fotonu qalib seçib.

Qeyd edək ki, fotoda 17 oktyabrda Gəncə terrorunda 10 aylıq bacısı qızı Narini itirən və onun kəfənə bükülmüş cəsədini qucağında saxlayan Teymur Əsgərov yer alıb.

Xatırladaq ki, sözügedən şəkil AA-nın oktyabr ayı üçün keçirilən sorğusunda “ayın fotosu” seçilmişdi.(axsam.az)

Haqqında muxbir.az

Bunlara da bax

Postmodern Aktyorluq Sistemi

Aktyor sənətində yeni dövr. Hazırda aktyorluq sənəti sahəsində konkret, müasir metodiki vəsayit yoxdur. Dərslərdə ya müəllimlər öz müəllimlərindən eşitdiklərini və ya praktiki olaraq effekti olmayan köhnə metodiki vəsayitlərdən istifadə edirlər.