İSTİ-İSTİ

Gələn ilin dövlət büdcəsi I oxunuşda qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Muxbir.az-ın xəbərinə görə, 2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.

Gələn ilin dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Haqqında muxbir.az

Bunlara da bax

İsveçrə enerji böhranı halı üçün Azərbaycan qazına arxalanır

Rusiya qazının Avropaya tədarükü dayanarsa, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Lakin Azərbaycan və Şimali Afrikadan tədarük hesabına digər ölkələrlə müqayisədə üstünlüyü olacaq.