İSTİ-İSTİ

Gələn il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub

2021-ci il dövlət büdcəsinin gəlirləri və xərcləri məlum olub.

Muxbir.az-ın məlumatına görə, bu, Milli Məclisə təqdim edilən  “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 427,0 mln. manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6%-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 mln. manat və yaxud 5,4%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 mln. manat və yaxud 5% çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri isə 28 543,0 mln. manat (ÜDM-də xüsusi çəkisi 37,7%) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1 050,8 mln. manat və ya 3,8%, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 mln. manat və ya 16,9% çoxdur.

Haqqında muxbir.az

Bunlara da bax

Türkiyəli politoloq Brüssel görüşünü şərh etdi – Nələr əldə olundu?

Brüsseldə Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafaqazdakı təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir görüş idi. Bu görüşdə Azərbaycanın təkliflərinin dəstəklənməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bariz nəticəsidir.