İSTİ-İSTİ

Filmlər süni zəka ilə səsləndiriləcək

Gələn ildən filmlərin süni zəka vasitəsilə səsləndirmə texnologiyası tətbiq olunacaq.

Muxbir.az xəbər verir ki, yeni texnologiyanın Moskva Yəhudi Filmlər Festivalında nümayiş etdiriləcək almaniyalı rejissor Karolina Link tərəfindən ingilis yazıçı Cudit Kerrin romanı əsasında çəkilmiş “Hitler çəhrayı dovşanı oğurlayarkən” bədii filminin dublajı üçün istifadəsi nəzərdə tutulur.

Bu ideyanın müəllifi olan rusiyalı kinorejissoru Teymur Bekmambetov yeni texnlogiyanın aktyorların səslərini süni zəka vasitəsilə yamsılamağa əsaslandığını qeyd edib. Belə ki, rejissora məxsus “Screenlife Technologies” startapı və “Stafory” şirkəti tərəfindən hazırlanmış “Vera Voice” səslər sintezi texnologiyasından istifadə olunacaq.

Haqqında muxbir.az

Bunlara da bax

Elektron diş fırçası hazırlanıb

Texnologiyalar sahəsində əldə olunan nailiyyətlər tezliklə insanları stomatoloqa müraciət etmək ehtiyacından xilas edə bilər. Muxbir.az …