İSTİ-İSTİ

Film Akademiyası Aktyorun etik davranış kodeksini yayımladı

Azərbaycan Film Akademiyası, Aktyorların etik davranış kodeksini yayımladı. Aktyorların Etik Davranış Kodeksi aktyorluq fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Kodeks aktyorlar üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.

17 əsas maddədən ibarət olan Aktyorların etik davranış kodeksi ümumi müddəalar daxil olmaqla, Peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar aktyorun davranış qaydaları və peşə fəaliyyətindən kənar həyata keçirilməsi ilə əlaqədar aktyorun davranış qaydaları qeyd edilmişdir.

Əsas maddələr aşağıdakılardan ibarətdir.

  1. Aktyor ləyaqəti
  2. Aktyor disiplini
  3. Həmkar ləyaqətini qorumaq
  4. Pərəstişkarlara qarşı münasibət
  5. Şöhrətin dərk və idarə edilməsi
  6. Vəzifə və mövqedən sui-istifadə
  7. İctimai davranış qaydaları
  8. Siyasi davranış qaydaları
  9. İnanc və seçimlər, əqidə məsələləri
  10. Mütaliə və şəxsi inkişaf
  11. Aktyor təmizliyi və gigiyenası
  12. Yaradıcı mühitin yaradılması və qorunması
  13. Tərəf müqabilinə qarşı münasibət
  14. Aktyor texnikalarında ixtilaflı mövzular
  15. Komanda işinin təşkili və qorunması
  16. Layihələrə qarşı münasibət
  17. Aktyor rejissor münasibəti

Bu Kodeksin tələblərinin pozulması aktyorun fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınır.

Aktyorun etik davranış kodeksi tam şəkildə Zaur Tahirsoyun qələmə aldığı “Aktyorun peşəkar inkişafı” (Postmodern Aktyorluq Sistemi) kitabında yayımlanacaq.

Haqqında muxbir

Bunlara da bax

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda ağacəkmə aksiyası keçirilib (FOTO/VİDEO)

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq Heydər Əliyev Mərkəzində açılan “Çağırışın 17 siması” (“17 Faces of Action”) adlı fotosərgi çərçivəsində Şamaxı rayonunda ağacəkmə aksiyası keçirilib.