İSTİ-İSTİ

Fevralın 15-dən etibarən universitetlər açılacaq

Azərbaycanda fevralın 15-dən ali təhsil müəssisələrində əyani təhsil bərpa olunur.

Muxbir.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 15-dən etibarən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Haqqında muxbir.az

Bunlara da bax

Film Akademiyası Aktyorun etik davranış kodeksini yayımladı

Azərbaycan Film Akademiyası, Aktyorların etik davranış kodeksini yayımladı. Aktyorların Etik Davranış Kodeksi aktyorluq fəaliyyətinin etik prinsiplərinin və standartlarının toplusudur. Kodeks aktyorlar üçün spesifik əxlaq və ədəb tələblərini, onların peşə etikası məsələlərini, iş fəaliyyətindən kənar davranışını nizamlayır, peşə fəaliyyətinə münasibətini müəyyən edir.