İSTİ-İSTİ

Doha Asiya Oyunlarına ev sahibliyi edəcək

Qətərin paytaxtı Doha 2030-cu il Asiya Oyunlarına ev sahibliyi edəcək.

Muxbir.az xəbər verir ki, dekabrın 16-da Asiya Olimpiya Şurası bununla bağlı qərarını açıqlayıb. Oyunların keçirilməsinə digər namizəd – Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad isə 2034-cü ildə Asiya Oyunlarını qəbul edəcək.

Asiya Olimpiya Şurasının İcraiyyə Komitəsi Dohanın namizədliyini yekdilliklə dəstəkləyib. Şuranın prezidenti Şeyx Əhməd Əl-Fəhad Əl-Sabah bəyan edib ki, Qətər Dövlətinin paytaxtı Oyunların keçirilməsi üçün bütün tələblərə cavab verir.

İcraiyyə Komitəsinin iclasında səsvermə COVID-19 pandemiyası səbəbindən onlayn sistemi ilə keçirilib. Qeyd edək ki, Doha bundan əvvəl – 2006-cı ildə də Asiya Oyunlarına ev sahibliyi edib. Qətər paytaxtında idman infrastrukturunun 90 faizinin mötəbər idman yarışları üçün hazır olduğu bildirilir.(azərtac)

Haqqında muxbir.az

Bunlara da bax

Maradonanın muzeyi açılacaq

Ötən il noyabrda dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın İtaliyanın Neapol şəhərində muzeyi açılacaq. …