İSTİ-İSTİ

Diplomlardan 470 milyonluq əsər hazırlandı

Amerika universitetlərindən birində təhsil xərclərinin yüksək olduğuna diqqət çəkmək üçün 2 min 600 diplom bir araya gətirilib.

Muxbir.az axşam.az-a istinadən bildirir ki, diplomlar 14 metr hündürlüyündə olan kompazisiya formasında hazırlanıb və “Da Vinci of Debt” adlandırılıb.

Pandemiyaya görə müəyyən məhdudiyyətlər tətbiq edilsə də, universitetə gələn ziyarətçilərin sayı artmaqda davam edir.

Əsərin dəyərini 2 min 600 diplomun alınması üçün çəkilən xərclə müəyyən ediblər ki, bu da 470 milyon dollar təşkil edib.

Bahalı əsər qiymətinə görə Leonardo da Vinçinin 450 milyon dollarlıq “Salvador Mundi” tablosunu geridə qoyub.

Haqqında muxbir.az

Bunlara da bax

Postmodern Aktyorluq Sistemi

Aktyor sənətində yeni dövr. Hazırda aktyorluq sənəti sahəsində konkret, müasir metodiki vəsayit yoxdur. Dərslərdə ya müəllimlər öz müəllimlərindən eşitdiklərini və ya praktiki olaraq effekti olmayan köhnə metodiki vəsayitlərdən istifadə edirlər.