İSTİ-İSTİ

“CinemaPlus”da “Bakının açarı” filmi nümayiş olunur

“CinemaPlus” kinoteatrlar şəbəkəsində “Bakının açarı” filmi nümayiş olunur.

Muxbir.az  xəbər verir ki, macəra və detektiv janrında çəkilən filmin rejissoru Zaur Tahirsoydur.

Xanlıqlar dövründə Bakının yeraltı şəhərinin açarı rusların əlinə keçir. Açar ruslarda olsa da yeraltı şəhərin yerini ancaq Bakının qoruyucuları bilir. Qoruyuculardan sonuncusu günümüzdə tarix müəllimi işləyir. O, açarı ələ keçirmək üçün plan qurur…

Rolları Urfan Cabbarlı, Nərmin Əhməd, İbrahim Əlizadə, Vüsal Tağıyev, Fidan İsmayılova, Maya Hüseynli, Anar Əli və başqaları canlandırıb.

Qeyd edək ki, filmdə oynayan aktyor heyəti Zaur Tahirsoyun rəhbəri olduğu Azərbaycan Film Akademiyasının aktyorlarıdır.

Haqqında muxbir

Bunlara da bax

Postmodern Aktyorluq Sistemi

Aktyor sənətində yeni dövr. Hazırda aktyorluq sənəti sahəsində konkret, müasir metodiki vəsayit yoxdur. Dərslərdə ya müəllimlər öz müəllimlərindən eşitdiklərini və ya praktiki olaraq effekti olmayan köhnə metodiki vəsayitlərdən istifadə edirlər.