İSTİ-İSTİ

Olay

Beyləqanda yol qəzası: 1 yaralı

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Muxbir.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Mansurov Rauf Heybət oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu …

Ardı »

Bakıda şadlıq sarayından 10 minlik oğurluq edilib

Bakıda şadlıq sarayından oğurluq edilib. Muxbir.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  rayon ərazisindəki şadlıq saraylarının birindən 10000 manat dəyərində 450 ədəd oturacaq, 2 ədəd televizor və led işıqlandırıcı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Kərimov, …

Ardı »

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ)  əməkdaşları tədbirləri davam etdirir. Polis əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun …

Ardı »

Keyfiyyətsiz kürüləri qablaşdıraraq satan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkə vasitəsi ilə keyfiyyətsiz, istifadəyə yararsız balıqların kürüsünü satan şəxslər müəyyən ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əməliyyat zamanı vətəndaş Vasif Qurbanov və Əzim Ağayev saxlanılaraq Polis İdarəsinə gətirilib.  Onlardan ümumilikə hər birinin …

Ardı »

Göyçayda məclis təşkil edənlər cərimələndi

Polis əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinə şəhər sakini Qadir Mahmudovun oğlunun evlənməsi məqsədi ilə evində məclisi təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gəlib və karantin …

Ardı »

Yasamalda yol qəzasında iki nəfər yaralandı

Bu gecə paytaxt Bakıda növbəti yol-nəqliyyat hadisəsi baş verib. Muxbir.az-ın məlumatına görə, hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1991-ci il təvəllüdlü Qocayev Təyyar Vidadi oğlu və 1989-cu il təvəllüdlü Əsədov Samir Feyruz oğlu xəsarət alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı T. Qocayeva qapalı kəllə-beyin travması, S. Əsədova …

Ardı »

Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən qadın meyiti tapılıb. Muxbir.az-ın xəbərinə görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1997-ci il təvəllüdlü …

Ardı »

Oğuzda mikroavtobus aşıb: yaralılar var

Oğuzda mikroavtobus aşıb, çoxlu sayda yaralı var. Muxbir.az-ın məlumatına görə, hadisə axşam saatlarında rayonun Böyük Söyüdlü kənd inzibati ərazisində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıların bir qismi Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların müayinəsi …

Ardı »

FHN-nin modul tipli hospitalında həkim vəfat edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakının Zığ qəsəbəsində yerləşən modul tipli hospitalında koronavirusdan müalicə olunan həkim vəfat edib. Muxbir.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Virusa yolxduğuna görə hospitala yerləşdirilən Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 1958-ci il təvəllüdlü Ələkbərov Seymur Əhməd oğlu dünyasını dəyişib. İxtisasca cərrah olan S.Ələkbərovun şəkər …

Ardı »

28 nəfər COVID-19 xəstəsinə cinayət işi açılıb

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir. Muxbir.az xəbər verir ki, dekabrın 16-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 47 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb: “Onlardan 42 nəfər tibbi qaydalar gözlənilməklə yaşadıqları evə qaytarılıblar, 5 nəfərin …

Ardı »