
“Bahar. Sarayın yolu” adlı uşaq tamaşası 18-19 mart tarixlərində Cinema Plus kinoteatrlar şəbəkəsinin Gənclik Mall filialında saat 15:00 təqdim olunacaq.
Azərbaycan Film Akademiyası Məsul Məhdudiyyətli Cəmiyyətinin nəzdində postmodern üslubunda fəaliyyət göstərən Uşaq Aktyorluq kursunun balaca tələbələri Novruz bayramı münasibəti ilə tamaşa göstərəcək.
Tamaşa qışın Baharı qısqanaraq qaçırıb öz sarayında həbs etməsindən, Baharın dostları Kosa, Keçəl və Çərşənbələrin onu xilas etməsindən bəhs edir.
Tamaşada Uşaq Aktyorluq Məktəbinin balaca tələbələri ilə yanaşı Posmoden Aktyorluq məktəbinin artıq məzun olan tələbələri də iştirak edir.
Qeyd edək ki, bu tamaşa həm sinema pərdəsində, həm də səhnədə eyni anda təqdim olunacaq ilk uşaq tamaşasıdır.