İSTİ-İSTİ

Beyləqanda yol qəzası: 1 yaralı

Beyləqan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Muxbir.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Mansurov Rauf Heybət oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona boyun fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Haqqında muxbir.az

Bunlara da bax

Keyfiyyətsiz kürüləri qablaşdıraraq satan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkə …