İSTİ-İSTİ

Bakıda toy sahibi və 60 qonağı saxlanıldı

Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.

Muxbir.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.

Məlumata görə, toy mərasiminin təşkilatçı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər.

Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.

Araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.

Haqqında muxbir.az

Bunlara da bax

Keyfiyyətsiz kürüləri qablaşdıraraq satan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkə …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir