İSTİ-İSTİ

Bakıda bələdiyyə sədri koronavirusdan öldü

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbə bələdiyyəsinin sədri dünyasını dəyişib.

Muxbir.Az xəbər verir ki, bu barədə Trend-ə Binəqədi rayon Bələdiyyəsindən məlumat verilib. Məlumatda bildirilir ki, bələdiyyə sədri İlham Xəlilov koronavirusdan vəfat edib. Bələdiyyə sədri virusla əlaqədar xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İ. Xəlilov xəstəxanada dünyasını dəyişib.

1958-ci il təvəllüdlü Xəlilov İlham Məmməd oğlu 2004-cü ildə keçirilən seçkilərdə Biləcəri bələdiyyəsinə üzv seçilib, 2005-ci ildən 2015-ci ilədək Biləcəri bələdiyyəsinin sədri olub, 2018-ci ildə yenidən bələdiyyə sədri seçilib.

Haqqında muxbir.az

Bunlara da bax

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb

Goranboyda karantin rejimini pozan çayxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir