İSTİ-İSTİ

Azərbaycan manatının dövretmə sürəti artıb

Bu il dekabrın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 3,79 bənd təşkil edib.

Muxbir.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,01 bənd çox, yanvarın 1-nə nisbətən 0,69 bənd, ötən ilin dekabrın 1-nə nisbətən isə 0,98 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Haqqında muxbir.az

Bunlara da bax

Pandemiya Azərbaycanda avtomobilə olan marağı artırıb

Koronavirus pandemiyası səbəbindən ictimai nəqliyyatın hərəkətində tətbiq olunan məhdudiyyətlər Aərbaycanda avtomobilə marağı artırıb. Muxbir.az xəbər …