İSTİ-İSTİ

“Azərbaycan dastan yazmağa davam edəcək” – Türkiyə Prezidenti

İnanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dastan yazmağa davam edəcək.

Muxbir.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Zəfər paradında deyib.

R.Ərdoğan bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq: “Türkiyə olaraq Azərbaycanla münasibətlərimizdə hər zaman ulu öndər Heydər Əliyevin “iki millət, tək dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün əziz ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik.

Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.

Bu zəfər günündə sizinlə bərabər olmaqdan böyük fəxr duyuruq. Əziz qardaşım İlham Əliyevə dəvəti və qonaqpərvərliyi üçün təşəkkürümü bildirirəm. 44 günlük müharibədə şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm”.

Haqqında muxbir.az

Bunlara da bax

Korotçenko: “Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub və olacaq”

“Görüş Qarabağ nizamlanması məsələsindəki bütün nüansları nəzərə ala bilməyən üçtərəfli bəyanatın praktiki reallaşdırılması üçün lazımdır”. …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir