İSTİ-İSTİ

5 saniyəyə enerji yığan batareya hazırlandı

Çinin Cıcian universitetinin polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan aliminium–qrafen batareya hazırlayıblar.

Muxbir.az xəbər verir ki, sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur. Hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə, 70 il istifadə oluna bilər.

Cıcian Universitetinin alimləri hazırladıqları bartareyanın mənfi 40 dərəcə və müsbət 120 dərəcə temperatura davamlı olduğunu iddia etsələr də, onun kütləvi şəkildə istehsalı və istifadəsi üçün texniki baxımdan hələ çox iş görmək lazım gəldiyini bildirirlər. (Azərtac)

Haqqında muxbir.az

Bunlara da bax

Tibbi maska taxanlar telefonu üzü vasitəsilə aça biləcək

Apple iOS 13.5 yenilənməsinə maska taxanların da FaceID ilə telefon açmasına icazə verən xüsusiyyət gəlib. …