İSTİ-İSTİ

2021-ci ilin bu günlərində Azərbaycanda ictimai nəqliyyat işləməyəcək

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarında dəyişiklik edilib.

Muxbir.az xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Azərbaycanda yaranmış sanitar-epidemioloji vəziyyət nəzərə alaraq qəbul edilən qərara əsasən 2021-ci ilin aşağadakı günlərində bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

– 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

– 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

– 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

– 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

– 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

Qərar dekabrın 28-də qüvvəyə minəcək.

Haqqında muxbir.az

Bunlara da bax

Türkiyəli politoloq Brüssel görüşünü şərh etdi – Nələr əldə olundu?

Brüsseldə Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş Cənubi Qafaqazdakı təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir görüş idi. Bu görüşdə Azərbaycanın təkliflərinin dəstəklənməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin bariz nəticəsidir.