İSTİ-İSTİ

“13-14 sağlam futbolçumuz qalıb” – “Qarabağ”ın məşqçisi

“Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb”.

Muxbir.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah “Makkabi” (Təl-Əviv) ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün onu əvəzləyən məşqçi Mahir Emrelinin də virus səbəbindən sabahkı görüşdə iştirak etməyəcəyini bildirib: “Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar”.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Haqqında muxbir.az

Bunlara da bax

Maradonanın muzeyi açılacaq

Ötən il noyabrda dünyasını dəyişən əfsanəvi futbolçu Dieqo Armando Maradonanın İtaliyanın Neapol şəhərində muzeyi açılacaq. …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir