İSTİ-İSTİ

Ən təhlükəli spirtli içkinin adı açıqlandı

Sağlamlıq üçün ən təhlükəli spirtli içki pivədir.

Muxbir.az xəbər verir ki, bu barədə rusiyalı narkoloq, tibb elmləri namizədi Danil Pokrovski “Veçernıy Moskva”ya bildirib.

O, bu içkinin qadağan edilməsinə çağırıb.

“Spirt pivənin ən az zərərli tərkib hissəsidir. Pivəyə köpük, rəng, dad xüsusiyyətlərini verən başqa kiçik komponentlər insan sağlamlığı üçün olduqca zərərli birləşmələrdir”, – deyə həkim bildirib.

Pokrovskinin dediyinə görə, təkcə 375 ml həcmlik şüşədə kobaltın (hansı ki, kardiotoksitdir) sutkalıq dozası var.

Onun sözlərinə görə, pivə və onun tərkibindəki metal ölümcül xəstəliklərə – kardiopatiya və ürək piylənməsinə səbəb ola bilər.

Spirtli içkilərin təqdiqatları üzrə mütəxəssis olan Erkin Tuzmuxamedov isə qazlı kimyəvi spirtli içkilərin daha təhlükəli olduğunu bildirib.

“Həqiqət də bu spirt, şəkər və qazlı dadlandırıcıdan ibarət içkidir. Spirtli içki istehsalçıları bundan külli miqdarda pul qazanırlar”, – deyə o, bildirib.

Haqqında muxbir.az

Bunlara da bax

“Vaksin xəstəlikdən birdəfəlik qorunma üçün ən effektiv yoldur” – Akif Qurbanov

TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov COVİD-19-a qarşı …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir